"Beşiktaş" və "Benfika" arasında Orkun Kökçü üçün danışıqlar davam edir.

Offsideplus.az xəbər verir ki, İstanbul klubu türkiyəli futbolçunu satınalma şərti ilə icarəyə götürmək ya da birdəfəlik transfer etmək istəyir. "Beşiktaş"ın prezidenti Serdal Adalı transferi 1-2 gün ərzində rəsmiləşdirmək istəyir.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Orkun isə yalnız "qara qartal"da çıxış etmək istəyir. O, Avropa nəhəng liqalarından gələn təkliflərlə də maraqlanmır, yalnız "Beşiktaş"a transfer olmağı düşünür və klubların razılaşmağını gözləyir.