"Qalatasaray"ın qapıçısı Fernando Musleranın mövsümün sonunda komandadan ayrılacağı gözlənilir.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" buna görə də arayışlara başlayıb. İstanbul təmsilçisinin siyahısında Marçin Bulka da var.

Bu barədə türkiyəli jurnalist İbrahim Seten məlumat yayıb.

Bulka 2021-ci ildən "Nitsa"da çıxış edir. Polşalı qapıçı cari mövsüm 39 oyunda meydanda olub və qapısında 55 qol görüb.

Transfermarkt portalına görə 25 yaşlı çərçivə qoruyucusunun bazar dəyəri 20 milyon avrodur.