Portuqaliya milli komandasının baş məşqçisi postunda dəyişiklik ola bilər.

Offsideplus.az "Goal" nəşrinə istinadən xəbər verir ki, hazırda Türkiyənin "Fənərbağça" klubunu çalışdıran Joze Mourinyo Portuqaliya yığmasının baş məşqçisi postuna yaxın görünür. Bu təyinat baş tutarsa, Mourinyo ilə Kriştiano Ronaldonun yenidən bir araya gəlməsi mümkün olacaq.

Türkiyə mətbuatının məlumatına görə, Portuqaliya Futbol Federasiyası Mourinyonun "Fənərbağça" ilə olan müqaviləsini pozmaq üçün təzminat ödəməyə hazırdır. Bu addım Portuqaliya yığmasının 2026-il Dünya Çempionatına daha iddialı hazırlaşması məqsədilə atılır.

Qeyd edək ki, Mourinyo Ronaldo daha əvvəl 2010-2013-illərdə "Real Madrid" klubunda birlikdə çalışıblar. Əgər bu təyinat reallaşarsa, onların əməkdaşlığı milli səviyyədə davam edəcək.