"Kocaelispor" növbəti mövsüm Türkiyə Super Liqasında çıxış edəcək.
Offsideplus.az xəbər verir ki, "Yeni Malatyaspor"u 7:1 hesabı ilə məğlub edən Anadolu klubu sona 3 tur qalmış vəsiqəni təmin edib.
"Kocaelispor" 16 illik fasilədən sonra Super Liqaya qayıdıb. Onlar son dəfə əsas liqada çıxış edən komandanın heyətində Azərbaycan yığmasının üzvləri Rəşad Sadıqov və Ramal Hüseynov var idi.
Əlavə edək ki, İzmit təmsilçisi 2 dəfə Türkiyə Kubokunun da qalibi olub.



