İstanbulun "Qalatasaray" klubu Türkiyə Superliqasında növbəti qələbəsini qazanıb.
Offsideplus.az xəbər verir ki, "Cim Bom" XXXII tur çərçivəsində doğma divarlar arasında "Bodrumspor"a 2:0 hesabı ilə qalib gəlib.
Qolları Lukas Torreyra (29-cu dəq.) və Davinson Sançes (81-ci dəq.) vurub.
Bununla da, "sarı-qırmızılılar" çempionluğa daha bir addım yaxınlaşıblar. Hazırda "Qalatasaray"ın 77 xalı var. Qızıl medallar uğrunda mübarizəni davam etdirən "Fənərbağça" liderdən 6 xal geri qalır.
"Sarı-lacivərdlilər" əzəli rəqibdən bir matç az oynayıblar. "Fənərbağça" bu turun görüşünü aprelin 20-də "Konyaspor"a qarşı keçirəcək.



