"Qalatasaray"ın maraqlandığı ulduz futbolçu bu transferin baş tutmasını arzulayır.
Offsideplus.az xəbər verir ki, məşhur insayder və jurnalist Sacha Tavolierinin yaydığı son məlumata görə, "Milan"ın 27 yaşlı portuqaliyalı vinqeri Rafael Leao İtaliya klubunun rəhbərliyinə qəti şərt qoyub.
-
Yalnız "Qalatasaray" şərti: Leao "Milan" rəhbərliyinə: "Əgər ayrılacağamsa, yalnız 'Qalatasaray'a transfer olacağam. Əks halda komandada qalacam" - deyərək rest çəkib.
-
Təklifləri rədd edib: Portuqaliyalı ulduz son saatlarda digər Avropa klublarından gələn 2 rəsmi təklifi geri çevirib.
-
Gələcək ssenari: Xəbərdə qeyd olunur ki, transfer reallaşmazsa, Leao müqaviləsinin sonuna qədər "Milan"da çıxış etməyə davam edəcək.



