İtaliya A Seriyasının 2026/27 mövsümünün açılış turunda "Latsio" səfərdə "Bolonya"nın qonağı olub.
Offsideplus.az xəbər verir ki, qonaqlar minimal - 0:1 hesablı qələbə ilə 3 xalı aktivinə yazdırıb.
-
Qol: Davide Frattezi 59' ("İnter"dən icarəyə götürülən yarımmüdafiəçi "Latsio" heyətində çıxdığı ilk rəsmi oyunda qolla yadda qaldı).
-
Meydan sahibi: "Bolonya" topa sahib olma və hücum cəhətdən üstünlük təşkil etsə də (topa sahib olma 59% - 41%), "Latsio" müdafiəsi və qapıçı Hristos Mandas qapısını toxunulmaz saxlayıb.


