FİFA prezidenti Canni Infantino son həftələrdə FİFA-nın idarəçiliyi və kommersiya layihələri ətrafında artan müzakirələrə və media tənqidlərinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Infantino son həftələrdə çox şeyin baş verdiyini, lakin ümumilikdə proseslərin müsbət getdiyini və aldığı dəstəkdən məmnun olduğunu qeyd edib.
-
Media təzyiqi: FİFA rəhbəri ona ünvanlanan sualların təbii olduğunu və bunların mətbuatda çıxan xəbərlərdən qaynaqlandığını vurğulayıb.
-
Açıq cavab: Infantino vicdanının rahat olduğunu və qurum olaraq bütün suallara doğru və dürüst şəkildə cavab verməyə hazır olduqlarını bildirib.


