Azərbaycan yığmasının üzvü Nəriman Axundzadə "Erzurumspor"un heyətində debüt edib.

Offsideplus.az xəbər verir ki, o, "Amedspor"la oyunun 75-ci dəqiqəsində meydana daxil olub.

Qarşılaşma "Amedspor"un 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, N. Axundzadə icarə əsasında "Erzurumspor" klubunda çıxış edir. O, müqavilə ilə "Kolambus Kryu"ya məxsusdur.