“Beşiktaş” PSJ-nin qapıçısı Lukas Şevalye ilə maraqlanır.

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, “Beşiktaş” futbolçunun vəziyyətini yaxından izləyir və mümkün transferin şərtlərini araşdırır.

Fransalı qapıçının Paris təmsilçisi ilə uzunmüddətli müqaviləsi var.

Buna baxmayaraq, futbolçunun gələcəyi ilə bağlı qeyri-müəyyənlik digər klubların da marağına səbəb olub. “Beşiktaş”ın qarşıdakı günlərdə bu transfer istiqamətində konkret addımlar atacağı gözlənilir.

Qeyd edək ki, 24 yaşlı qolkiper hazırda Avropanın perspektivli qapıçıları sırasında göstərilir.