"Kayserispor"un yeni baş məşqçisi Atilla Gerin olub.
Offsideplus.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Təcrübəli mütəxəssis 1-ci Liqa təmsilçisi “Kayserispor” ilə anlaşıb.
58 yaşlı məşqçi ilə "1+1" illik müqavilə imzalanıb.
Qeyd edək ki, A.Gerinin son iş yeri "Eyüpspor" olub.


