"Qalatasaray" klubu bir neçə əsas oyunçusunun səhhəti ilə bağlı rəsmi məlumat yayıb.

Offsideplus.az xəbər verir ki, tibbi müayinələrin nəticələrinə əsasən, komandanın düşərgəsində zədə və infeksiya problemləri yaranıb.


Klubun yaydığı bəyanatda futbolçuların son durumu belə qeyd olunub:

  • Qabriel Sara: Futbolçunun sol ayaq biləyinin daxili-ön yan bağlarında zədə və sümükdə ödəm təsbit edilib.

  • Uğurcan: Viral infeksiyaya yoluxan oyunçu günü müalicə prosedurları ilə başa vurub.

  • Viktor Osimhen: Ulduz hücumçu fizioterapevtlərin nəzarəti altında idman zalında xüsusi proqram üzrə çalışıb.


"Sarı-qırmızılı" azarkeşləri narahat edən bu xəbərlərdən sonra futbolçuların qarşıdakı oyunlarda iştirak edib-etməyəcəyi tibbi heyətin verəcəyi son qərardan asılı olacaq.