"Fənərbağça"da ardıcıl xal itkilərindən sonra klub prezidenti Sadəddin Saranın rəhbərliyi ilə təcili iclas keçirilib.

Offsideplus.az "Sabah" nəşrinə istinadən xəbər verir ki,  "Fatih Karagümrük"ə 0:2 hesablı məğlubiyyətdən sonra bəzi idarə heyəti üzvləri Domeniko Tedesko ilə yolların ayrılmasını tələb etsələr də, futbolçuların reaksiyası qərarı dəyişib.

Başda komandanın kapitanı Milan Şkrinyar olmaqla, futbolçular uğursuzluğa görə məsuliyyəti öz üzərlərinə götürüblər. Onlar rəhbərliyə müraciət edərək bildiriblər: "Tək günahkar Tedesko deyil, bizim də böyük səhvlərimiz var. Bütün məsuliyyəti onun üzərinə yıxmayın. Sonuna qədər mübarizə aparıb səhvlərimizi düzəldəcəyik".

Bu dəstəkdən sonra Sadəddin Saran alman mütəxəssislə yola davam etmək qərarına gəlib.