Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclasında 2026-cı il üçün "İdman səfirləri"nin adlarına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, keçirilən səsvermənin nəticələrinə əsasən, beş tanınmış idmançı növbəti ilin səfiri seçilib. Bu siyahıda şahmatçı Ülviyyə Fətəliyeva, alpinist Vəfa Musayeva, gimnast Aynur Yusifova, ağır atlet Dadaş Dadaşbəyli və velosipedçi Elçin Əsədov yer alıblar.

Xatırladaq ki, "İdman səfirləri" layihəsi çərçivəsində seçilən bu simalar ölkəmizdə idmanın kütləviliyinin artırılması və sağlam həyat tərzinin təbliği istiqamətində fəaliyyət göstərəcəklər.