Maykl Karrik, bazar günü "Aston Villa" üzərində qazanılan mühüm qələbədən sonra Ueyn Runinin onun "Mançester Yunayted"də daimi olaraq baş məşqçi postuna gətirilməsi ilə bağlı fikirlərinə cavab olaraq, komandanın nəticələrinin danışmasına üstünlük verib.
Offsideplus.az xəbər verir ki, onun rəhbərlik etdiyi "qırmızı şeytanlar" Kazemiro, Mateus Kunya və Benjamin Şeşkonun ikinci hissədə vurduğu qollar sayəsində gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanmaq yolunda vacib addım atıb.
Hazırda Premyer Liqada üçüncü pillədə qərarlaşan MY ilk dördlük uğrunda mübarizə apardığı "Aston Villa"nı 3 xal qabaqlayır.
Karrikin müvəqqəti baş məşqçi təyin olunmasından sonra keçirilən 9 oyunda qazanılan 7-ci qələbə, "mankunianlar"ı altıncı sıradakı "Çelsi"dən 6 xal uzaqlaşdıraraq Çempionlar Liqası yolunda üstün mövqeyə çatdırıb.
Runi BBC-yə verdiyi açıqlamada keçmiş komanda yoldaşı Karrikin "100 faiz" bu işə layiq olduğunu bildirib.


