Süper Liqanın 25-ci turu çərçivəsində Kadıköydə keçirilən qarşılaşma gərgin mübarizə ilə yadda qaldı.
Offsideplus.az xəbər verir ki, “Fənərbağça” ilk hissəni 1-2 hesabı ilə geri tamamlamasına baxmayaraq, son dəqiqələrdə “Samsunspor”u 3-2 məğlub edərək vacib üç xalı qazandı.
Matçın qəhrəmanları Guendouzi, Nene və Çerif oldu.
Uzun müddətdir klubdan ayrı qalan baş məşqçi Domeniko Tedesko da bu oyunda komandasını kritik sınaqdan çıxardı. Bu qələbə ilə “Fənərbağça” xalını 57-yə çatdırdı, “Samsunspor” isə 32 xalda qaldı.


