Türkiyə Super Liqasında “Qalatasaray” doğma meydanda “Kayserispor”U 4:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, qarşılaşma boyunca oyuna tam nəzarət edən “sarı-qırmızılılar” vurduqları qollarla üstünlüyünü açıq şəkildə ortaya qoyub.
“Qalatasaray”ın qollarını 7-ci dəqiqədə Aaron Opoku (avtoqol), 26-cı dəqiqədə Viktor Osimhen, 60-cı dəqiqədə Qabriel Sara və 90+ dəqiqədə Mauro İkardi vurub.
Bu nəticə ilə “Qalatasaray” mövsümün əvvəlindən bəri nümayiş etdirdiyi stabil performansı davam etdirərək liderlik mövqeyini daha da möhkəmləndirib. “Kayserispor” isə güclü rəqib qarşısında məğlubiyyətdən qaça bilməyib.
Qazanılan qələbədən sonra “Qalatasaray” xallarının sayını artıraraq ən yaxın izləyicisi “Fənərbağça” ilə fərqi 6 xala yüksəldib. Bu üstünlük çempionluq mübarizəsinin gedişatına ciddi təsir göstərə biləcək amil kimi dəyərləndirilir.
Hazırda “Qalatasaray” 1 oyun artıq keçirməklə 49 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. “Fənərbağça” isə 1 oyun az olmaqla 43 xalla ikinci pillədə yer alır.


