"Fənərbaxğa" "Latsio"nun futbolçusu Matteo Genduzinin transferi ilə bağlı rəsmi açıqlama yayıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fransa millisinin futbolçu artıq İstanbula yollanıb.
“Sarı-lacıvərdlilər"in “Latsio”ya 28 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi 2023-cü ilin avqust ayından Roma təmsilçisinin heyətində çıxış edir. O, bu mövsüm çıxdığı 16 oyunda 2 qol vurub, 1 qol ötürmə ilə yadda qalıb.


