İngiltərənin sabiq üzvü Con Terrinin Rusiyanın "Spartak" klubu ilə danışıqlar apardığı barədə məlumat vermişdik.

 

 Offsideplus.az xəbər verir ki, futbolçu Spartakla razılaşmadığı barədə instagram hesabında məlumat verib.

Terri paylaşımında “Spartak”a onu transfer etmək istədikləri üçün təşəkkür edib: 

“Uzun müddət düşündükdən sonra “Spartak”a getməməyə qərar verdim. Onlara təşəkkür edirəm. Ailəmlə görüşdükdən sonra Rusiyaya getməyin yaxşı qərar olmadığını düşündük".

Terri bir müddət əvvəl "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq"in də təklifini qəbul etməmişdi.

“Çelsi”nin yetirməsi olan Terri, 17 il “zadəganlar”da forma geyindikdən sonra “Aston Villa”ya keçmişdi. O, bir müddət əvvəl Çempionşip təmsilçisi ilə müqaviləsini ləğv edib və hazırda azad agent statusu daşıyır.