"Mançester Yunayted" rəhbərliyi "Real Madrid"in əfsanəsinin transferi üçün danışıqlara başlayıb.

Offsideplus.az xəbər verir ki, söhbət Serxio Ramosdan gedir. Onlar mövsüm sonuna qədər komandaya qoşulması üçün əfsanəvi müdafiəçiyə rəsmi təklif təqdim edib.

39 yaşlı müdafiəçi Meksikanın "Monterrey" klubundan ayrıldıqdan sonra azad agent statusunda "Mançester Yunayted"ə keçə bilər.

Təcrübəli futbolçunun qərarını yaxın günlərdə verməsi gözlənilir.