"Liverpul" Məhəmməd Salah ilə bağlı qərar qəbul edib.

Offsideplus.az xəbər verir ki, İngiltərə klubu artıq ulduz hücumçu üçün uyğun təklifləri qəbul etməyə hazırdır. Bir zamanlar “toxunulmaz” sayılan futbolçunun satışı gündəmdədir.

Ən ehtimal olunan transfer istiqaməti kimi Səudiyyə Ərəbistanı Pro Liqası göstərilir.

Qeyd edək ki, misirli ulduz Premyer Liqada ardıcıl 53 matçlıq start seriyasına sahib olsa da, son iki görüşdə baş məşqçi Arne Slot tərəfindən ehtiyatda qalıb.