"Liverpul"da vəziyyət getdikcə gərginləşir.

Offsideplus.az xəbər verir ki, talkSPORT-un məlumatına görə, komandanın baş məşqçisi Arne Slot yaxın günlərdə daha bir uğursuz nəticə olacağı təqdirdə vəzifədən azad edilə bilər.

Niderlandlı mütəxəssisin komandası sentyabrın sonlarından bəri ard-arda ağır itkilərlə yadda qalır. Klubun son oyunlarda göstərdiyi forma ciddi narahatlıq yaradıb. 

Komandanın həm Premyer Liqa, həm də avrokuboklardakı ardıcıl məğlubiyyətləri rəhbərliyi ciddi qərarlar verməyə məcbur edə bilər.

Arne Slotun mövqeyi hazırda son dərəcə zəifləmiş vəziyyətdədir və qarşıdakı matçların nəticələri onun "Liverpul"dakı taleyini müəyyən edəcək.