"Liverpul" rəhbərliyi baş məşqçi Arne Slot barədə qərar verib.

Offsideplus.az xəbər verir ki, rəhbərlik komandanın son vaxtlardakı zəif oyununa baxmayaraq, baş məşqçi Arne Slota tam dəstəyini davam etdirir.

Klub daxilindən verilən məlumata görə, yaxın müddətdə Slotun istefası və ya texniki heyətdə dəyişiklik planı müzakirə olunmur.

Rəhbərlik mövsümün ilk yarısındakı dalğalanmaları “keçid dövrünün bir parçası” kimi qiymətləndirir və niderlandlı mütəxəssisə tam etimad göstərir.

Arne Slotun komandanı uzunmüddətli layihənin əsas fiquru kimi gördüyü bildirilib.