"Mançester Yunayted" rəhbərliyi klubdaxili görüntülərin icazəsiz paylaşılmasına qarşı tədbir görüb.
Offsideplus.az xəbər verir ki, son zamanlar komandanın pərdəarxası şəkilləri və videoları çoxaldığı üçün rəhbərlik işçilərə yeni qaydalar tətbiq edəcək.
Klub bundan sonra yalnız təsdiqlənmiş və nəzarətdən keçmiş materialların paylaşılmasına icazə verəcək.



