"Mançester Yunayted" Federiko Valverdeni transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" uruqvaylı yarımmüdafiəçi üçün "Real Madrid"ə 100 milyon avro ödəməyə hazırdır.

Bu barədə "GOAL" portalı məlumat yayıb.

Valverdenin "kral klubu" ilə 2029-cu ilin yayına qədər müqaviləsi var.

O, 2018-ci ildən "Real Madrid"də çıxış edir. Uruqvaylı burada 331 oyuna çıxıb və 32 qol vurub.