"Mançester Yunayted" baş məşqçisi Ruben Amorim klubdan gedib-getməyəcəyi ilə bağlı suala cavab verib.
Offsideplus.az xəbər verir ki, onun açıqlaması bu cür olub:
"Bəzən istefa vermək istəyirəm, bəzən də burada 20 il qalmaq istəyirəm. Bu hissləri idarə etməyi öyrənməliyəm. Hər dəfə belə bir məğlubiyyət olanda, belə olacağam. Bəzən deyəcəyəm ki, oyunçularımdan zəhləm gedir, bəzən də deyəcəyəm ki, oyunçularımı sevirəm.”
Qeyd edək ki, "Mançester Yunayted"in uğursuz çıxışları sonrası azarkeşlər onun klubdan ayrılmasını tələb edir.



