"Arsenal"ın futbolçusu Bukayo Saka "Lids"lə matçda zədələnərək meydanı tərk etməli olmuşdu.

Offsideplus.az xəbər verir ki, ingilis vingerin 3-4 həftə meydanlardan uzaq qalacağı gözlənilir.

Bu barədə "BBC" nəşri məlumat yayıb.

Saka eyni görüşdə fərqlənməyi də bacarmışdı. 

"Arsenal" mövsümə 2 oyuna 6 xalla başlayıb. Onlar rəqib qapısına 6 qol vurub və öz qapısını toxunulmaz saxlamağı bacarıb.