“Arsenal” “Ayaks” klubunun müdafiəçisi Nikolas Talyafikonu heyətinə qatmağa hazırlaşır.

 
Offsideplus.az xəbər verir ki, Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubu artıq argentinalı futbolçu üçün qarşı tərəfə 9 milyon avroluq təklif göndərib. Keçidin qış transfer pəncərəsində rəsmiləşəcəyi gözlənilir.