"Mançester Yunayted" Benyamin Şeşko transferini rəsmən açıqlayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Qırmızı şeytanlar" bonuslarla birlikdə "Leyptsiq"ə 85 milyon avro ödəyəcək.

Onunla 5 illik müqavilə imzalanıb.

"Qırmızı şeytanlar"ın yeni hücumçusunun ilk sözləri belə olub:

“Mançester Yunayted"in tarixi bəllidir, amma məni əsl həyəcanlandıran gələcəkdir”.