"Liverpul"un misirli ulduzu Mohammed Salah gələcəyi barədə qərar verib.
Offsideplus.az xəbər verir ki, futbolçu mövsüm sonunda, yəni 2026-cı ilin yayında "Liverpul"u tərk etməyi planlayıb. Onun Səudiyyə Ərəbistanı klublarından birinə transfer olmaq istədiyi bildirilib və belə olacağı təqdirdə, "Liverpul" satışdan yaxşı məbləğ qazana bilər.
Qeyd edək ki, onun klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.



