"Mançester Yunayted"in futbolçusu Alexandro Qarnaçonun bu yay komandadan ayrılacağı gözlənilir.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" onu mövsüm öncəsi təlim-məşq toplanışına dəvət etməyib. Onlar argentinalı futbolçu üçün 40 milyon funt-sterlinq tələb edir.

"Aston Villa", "Çelsi" və "Tottenhem" onun durumunu yaxından izləyir.

Bu barədə "Telegraph" məlumat yayıb.

21 yaşlı futbolçu 2020-ci ildən bəri "Mançester Yunayted"in futbolçusudur. O, burada 144 oyuna çıxıb və 26 qol vurub.