"Liverpul" hücum xəttini Jan-Filipp Mateta ilə gücləndirmək istəyir.
Offsideplus.az xəbər verir ki, Mersisayd klubunun rəhbərliyi 28 yaşlı hücumçu və onun təmsilçiləri ilə Parisdə danışıqlar aparıb.
Bu barədə "Foot Mercato" portalı məlumat yayıb.
Mateta 2021-ci ilin yanvarından "Kristal Pelas"da çıxış edir. O, "qartallar"ın heyətində ümumilikdə 152 oyuna çıxıb və 46 qol vurub.
Fransalı futbolçunun Premyer Liqa klubu ilə 2027-ci ilin yayına qədər müqaviləsi var. Transfermarkt portalına görə onun dəyəri 30 milyon avrodur.



