"Çelsi"nin hücumçusu Nikolas Cekson bu yay komandadan ayrıla bilər.

Offsideplus.az xəbər verir ki, seneqallı hücumçu ilə "Milan" maraqlanırdı. Lakin "Çelsi"nin onun üçün istədiyi məbləğ İtaliya nəhənginə çox gəlib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Cekson İngiltərəni tərk etməyə də bilər. Premyer Liqa klubları da onun haqqında məlumat alıb.

24 yaşlı hücumçu başa çatan mövsüm PL-da 30 oyunda 10 qol vurmağı bacarıb.