"Arsenal" və "Sportinq" Viktor Dyökereş məsələsində razılığa gələ bilmir.
Offsideplus.az xəbər verir ki, London təmsilçisi isveçli hücumçu üçün 65+15 milyon avro önərib. Lissabon təmsilçisi isə 70+10 milyon tələb edir. Onlar bu rəqəmdən aşağı düşməyi düşünmürlər.
"Arsenal" buna görə də bu transferi etməyə bilər.
Bu barədə "A Bola" nəşri məlumat yayıb.
Dyökereş bu yay "Sportinq"dən ayrılmağı planlaşdırır. O, Səudiyyə Ərəbistan və Türkiyədən gələn təkliflərlə maraqlanmır və əsas istəyi "Arsenal"a transfer olmaqdır.



