"Arsenal" klubu braziliyalı müdafiəçisi Qabriel Maqalyaynsın müqavilə müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı müdafiəçinin sözləşməsi 2029-cu ilin yayına qədər artırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qabriel 2020-ci ildən "Arsenal"da çıxış edir. O, "topçular"ın heyətində ümumilikdə 210 oyuna çıxıb.

Braziliyalı cari mövsüm isə 42 oyunda meydanda olub və 5 qol vurub.