"Mançester Siti" klubu "Lion"un futbolçusu Rayan Şerkini transfer siyahısına əlavə edib.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər" onun transfer dəyəri barədə Fransa klubundan məlumat alıb.
Bu barədə "Telegraph Football" məlumat yayıb.
Şerkinin "Lion"la müqaviləsi gələn ilin yayında başa çatır.
"Mançester Siti"nin siyahısında 21 yaşlı futbolçudan başqa eyni mövqe üçün Morqan Gibbs-Vayt da var.
Bu, iki oyunçudan biri Pep Qvardiolanın komandasına qoşulacaq.



