"Mançester Yunayted" cari mövsümün sonunda "Lion"dan ayrılacaq olan Rayan Şerki ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, gənc futbolçu isə "qırmızı şeytanlar"a yox, "Liverpul"a transfer olmaq istəyir.
Bu barədə "GiveMeSport" məlumat yayıb.
"Lion" yetirməsi olan Şerki 2020-ci ildən bəri əsas komandada çıxış edir. O, cari mövsüm 44 oyunda 12 qol vurub və 20 məhsuldar ötürmə edib.
Onu da qeyd edək ki, 21 yaşlı futbolçu bu gün karyerasında ilk dəfə Fransa yığmasına dəvət alıb



