"Mançester Siti" klubu bu mövsümkü uğursuzluğu unutdurmaq istəyir və heyətin böyük ölçüdə dəyişiləcəyi gözlənilir.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər" "Bayer"in futbolçusu Florian Virtsi transfer etmək üçün əlindən gələni edir. Onlar bu keçiddə uğursuz olsa, onun yerinə Dani Olmonu gətirməyi planlaşdırır.
Bu barədə "Sky Sport" məlumat yayıb.
İngiltərə klubu artıq Olmonun təmsilçiləri ilə danışıqlara başlayıb. İspaniyalı futbolçu ötən ilin yayında "Barselona"ya transfer olub.
O, cari mövsüm bütün turnirlərdə 38 oyunda 11 qol vurub və 7 məhsuldar ötürmə edib.
Katalon klubu onun üçün "Leyptsiq"ə 55 milyon avro ödəyib.



