"Aston Villa" klubu "Barselona"nın futbolçusu Ferran Torresi transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, Birmingem təmsilçisi 25 yaşlı hücumçu üçün 50 milyon avro ödəməyə hazırdır.
Bu barədə "Birmingham Mail" portalı məlumat yayıb.
Torres 2022-ci ilin yanvarından "Barselona"da çıxış edir. O, cari mövsüm 45 oyunda 19 qol vurub və 7 məhsuldar ötürmə edib.