"Çelsi"nin futbolçusu Koul Palmerlə həm sabiq klubu "Mançester Siti", həm də "Liverpul" maraqlanır.
Offsideplus.az xəbər verir ki, bu barədə Simons Filips məlumat yayıb.
Hər iki klub 22 yaşlı futbolçunun mümkün transferi barədə araşdırmalara başlayıb.
Palmer 2023-cü ilin yayında 47 milyon avroya "şəhərlilər"dən "Çelsi"yə transfer olub. O, cari mövsüm 39 oyunda 14 qol vurub və 9 məhsuldar ötürmə edib.



