Vircil Van Deyk komandası ilə yeni iki illik müqavilə imzaladığını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, o, klubla müqavilə müddətini 2027-ci ilə qədər uzadıb. Hollandiyalı oyunçu daha iki il "Liverpul"da qalacağı üçün xoşbəxt olacağını deyib:
"Çox xoşbəxtəm və fəxr edirəm. Bu klubda daha iki il olmaq inanılmaz olacaq".
Qeyd edək ki, müdafiəçi 2018-ci ildən İngiltərə nəhənginin şərəfini qoruyur.



