İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az xəbər verir ki, "zadəganlar" ABŞ-nin MLS liqasında mübarizə aparan "Nyu İnqlənd" klubunun qapıçısı Corce Petroviçi sıralarına qatacaq.

Bu barədə məlumatı insayder Fabrisio Romano yayıb.

İnformasiyaya görə, tərəflər 23 yaşlı xorvatiyalı qolkiper üçün 14 milyon funt sterlinqə razılığa gəliblər.