"Tottenhem" heyətini tanınmış futbolçu ilə gücləndirməyə yaxındır.

 Offsideplus.az "goal.com"a istinadən xəbər verir ki, London klubu "İnter"dən ayrılacaq xorvatiyalı İvan Perişiçi transferə edəcək.

33 yaşlı yarımmüdafiəçi Milan təmsilçisinin ona təklif etdiyi yeni sözləşmə təklifini qəbul etməyib.

Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2015-ci ildən "İnter"də çıxış edir.