"Liverpul"un kapitanı Vircil van Dayk gələn yay klubdan ayrılmaq variantını nəzərdən keçirə bilər.
Offsideplus.az xəbər verir ki, təcrübəli müdafiəçiyə qarşı sərfəli təkliflərin gəlməyə başlaması onun gələcəyini sual altına qoyub.
35 yaşlı futbolçu ilə Səudiyyə Pro Liqası klubları yaxından maraqlanır. Eyni zamanda, MLS təmsilçiləri və Türkiyə klublarından da təkliflərin gəlmə ehtimalı var.
"Liverpul" isə hələlik Van Dayka yeni müqavilə təklif edib-etməyəcəyinə qərar verməyib.
Qeyd edək ki, niderlandlı mərkəz müdafiəçisinin mövcud sözləşməsi gələn yay başa çatır.


