İngiltərə təmsilçisi "Liverpul" təcrübəli qapıçı Alisson Bekerlə yollarını ayırmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, klubun braziliyalı qolkiperə yeni sözləşmə təklif etmək niyyətində olmadığı bildirilir.

​33 yaşlı futbolçunun gələn yay sərbəst agent statusu qazanaraq "Anfild"i tərk edəcəyi gözlənilir. Bununla da Alissonun "Liverpul"da səkkiz il davam edən uğurlu və parlaq dövrü yekunlaşacaq.