"Real Madrid" klubunda hazırda baş məşqçi Joze Mourinyo olsa da, rəhbərlik ondan sonrakı mövsümlər üçün baş məşqçi namizədləri axtarışındadır.

Offsideplus.az xəbər verir ki, madridlilər klubun gələcək layihəsi üçün hazırda 2 namizəd müəyyənləşdirib.

Bunlar Sesk Fabreqas və Mikel Artetadır. Kral klubu, xüsusilə Sesk Fabreqasın məşqçilik fəaliyyətini yüksək qiymətləndirir və ispaniyalı mütəxəssisi axtardıqları profili tam əks etdirən rəhbər kimi görür.

Bununla yanaşı, "Arsenal"da uğurlu işi ilə diqqət çəkən Mikel Artetanın da "Real Madrid" rəhbərliyi tərəfindən yaxından izlənildiyi və qeyd edilən digər əsas namizədlərdən biri olduğu bildirilir.