"Borussiya Dortmund"un gənc istedadı Castin Ejodamen Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşüb.

Offsideplus.az xəbər verir ki, ​son aylarda sərgilədiyi oyunla diqqət çəkən 15 yaşlı yarımmüdafiəçi üçün "Barselona", "Yuventus" və "Milan" klubları ciddi şəkildə mübarizəyə qoşulublar.

Skautların yaxından izlədiyi gənc futbolçunun parlaq gələcəyi proqnozlaşdırılır.