Türkiyə çempionu "Qalatasaray"ın Bruno Fernandeş üçün danışıqlar cəhdi davam edir.
Offsideplus.az xəbər verir ki ş, "Aslanlar"ın astronomik maaş təklif etməsinə baxmayaraq, portuqaliyalı ulduzun gələcəyi ilə bağlı məsələyə son nöqtə qoyulub.
31 yaşlı kapitan "Mançester Yunayted"də qalmaq qərarı verib.
Müqavilə danışıqlarının təfərrüatları:
- "Qalatasaray"ın super təklifi: Sarı-qırmızılılar portuqaliyalı yarımmüdafiəçiyə mövsümlük 20 milyon avro net (xalis) maaş təklif edərək onu Türkiyəyə gətirməyə çalışıb.
- Bruno "Yunayted"də qalır: Bruno Fernandeş "Mançester Yunayted"də xoşbəxt olduğunu və karyerasını "Old Trafford"da davam etdirmək istədiyini rəhbərliyə bildirib.
- Yeni müqavilə danışıqları: "Mançester Yunayted" də kapitanını heç bir vəchlə satmaq niyyətində deyil. Tərəflər arasında müqavilənin uzadılması və şərtlərin yaxşılaşdırılması istiqamətində rəsmi danışıqlar davam edir.


