“Milan” “Strasburq”un 22 yaşlı futbolçusu Dieqo Moreyranın transferi ilə bağlı razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, Belçika millisinin üzvü olan futbolçunun keçidi “rossoneri”yə təxminən 45 milyon avroya başa gələcək.
İtaliya təmsilçisi transferi 3-4 gün ərzində rəsmiləşdirməyi planlaşdırır.
D. Moreyra iki mövsümlük "Strasburq" karyerasında 76 oyunda 7 qol vurub və 16 məhsuldar ötürmə edib.


