Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo və yoldaşı Corcina Rodriqes "Vogue" jurnalına verdikləri müsahibədə gələcəkdə yenidən övlad sahibi olmaq planlarından danışıblar.

Offsideplus.az xəbər verir ki, müsahibədən önə çıxan fikirlər bunlardır:

  • ​Gələcəkdə daha çox uşaq sahibi olmaq ehtimalı soruşulduqda Ronaldo gülümsəyərək cavab verib:​"Heç vaxt 'heç vaxt' demirəm."
  • ​Corcina Rodriqes residesindəki sıxlığa toxunaraq bildirib: ​"İndi başqa bir körpə evdə 'overbooking' (həddindən artıq sıxlıq) olardı. Lakin ən kiçik övladlarımızın 15-16 yaşı qalxanda biz hələ də cavan olacağıq, bəs niyə də yox? Özümü balaca uşaqlar olmadan təsəvvür edə bilmirəm, gələcəkdə görərik."

​Cütlük hazırda 5 övlad böyüdür (Kriştiano Junior, Eva və Mateo, Alana Martina və Bella Esmeralda).

Yaxınlarda Portuqaliyadakı evlərində sadə nikah mərasimi keçirən cütlük ailə həyatının mərkəzində uşaqlarının olduğunu vurğulayıb.